
Ötən gün Yevlaxda baş verən yanğın hadisəsində xəsarət alan daha bir nəfər həyatını itirib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, yanıq xəsarətləri alan şəxslərdən biri, 58 yaşlı Mehdiyev Kamran Mayıl oğlu Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
***
5 dekabr, saat 13.54
Yevlaxda yanğın hadisəsi baş verib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, 1942-ci il təvəllüdlü Mikayılova Nərgiz Savalan qızına məxsus, şəhərin S.Vurğun küçəsi 15/20 ünvanında yerləşən mənzilin bir hissəsi yanıb.
Yanğın nəticəsində mənzil sahibi ölüb.
Onun qızı 1965-ci il təvəllüdlü Yasəmən Vahabova və oğlu 1967-ci il təvəllüdlü Kamran Mehdiyev xəsarət allblar.
Yanğın zamanı ölən Nərgiz Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.