Əlcəzairin cənubunda avtobusun aşması nəticəsində azı 14 nəfər ölüb, 34 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Mülki Müdafiə Xidmətinə istinadən "France-Presse" agentliyi məlumat yayıb.
Sərnişin avtobusu Beşar və Tinduf şəhərlərini birləşdirən milli magistral yolda hərəkət edərkən yoldan çıxıb.