RU

“Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə daşınan yükün həcmi məlum olub

Bakı. Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi iləBakı Gəmiqayırma Zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə”tankerinin istismara verilməsindən üç il ötür. Gəminin istifadəyəverilməsi mərasimi 7 dekabr 2022-ci il tarixində cənab Prezidentİlham Əliyevin iştirakı ilə baş tutub.

Trend xəbər verir ki, bu barədə ASCO məlumatyayıb.

Məlumata əsasən, Xəzər dənizində istismar edilən tanker üç ilərzində müxtəlif limanlara ümumilikdə 130 səfər həyata keçirib vəsözügedən dövrdə 852 449 101 ton neft və neft məhsulu daşıyıb.

Bildirilib ki, son bir ildə isə gəmi 46 səfər edib və bumüddətdə 287 935 993 ton yükü təyinat limanına çatdırıb.

Qeyd edək ki, uzunluğu 141, eni 16,9 metr olan “Akademik XoşbəxtYusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7 800 tondur.

Избранный
51
8
az.trend.az

9Источники