RU

"Azərbaycanda niyə bütün dükanlar market adlanmalıdır?" - AYB sədri

"Mən başa düşmürəm ki, Azərbaycanda niyə bütün dükanlar market adlanmalıdır? Deyirlər turistlər üçün...Bağışlayın, turist o qədər kütdür ki, dükanda qarpız-yemiş satılması ilə ayaqqabı satılmasını ayırd edə bilməsin?! Niyə mütləq market olmalıdır?"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

"Nə qədər belə sözlər televiziya və radio vasitəsilə dilimizə girir. Bu gün biz ingilis dilindən nə qədər söz alırıq. Əsas vəzifələrimizdən biri dili qorumaqdır. Dili qorumaqda ədəbiyyatın rolu böyükdür", - deyə AYB sədri bildirib.

Anar Kəlbiyev

Избранный
66
48
unikal.az

10Источники