RU

Benzemanın güdazına getdilər

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Əl-Hilal” legioner limiti ilə bağlı çətin vəziyyətə düşüb."Football-plus.az" xəbər verir ki, klub rəhbərliyi Kərim Benzemanın transferindən sonra iki futbolçunun adını çempionat üçün sifariş ərizəsindən çıxarmalı olub. Söhbət hücumçu Darvin Nunyes və müdafiəçi Pablo Maridən gedir. Benzemanın gəlişi komandada əcnəbi futbolçuların sayının artmasına səbəb olub. Nəticədə məşqçilər korpusu limiti aşmamaq üçün iki futbolçunu siyahıdan çıxarmaq məcburiyyətində qalıb.Məlumata görə, Nunyes ilə Mari mövsümün qalan hissəsində Səudiyyə Ərəbistanı çempionatında oynaya bilməyəcəklər. Onlar komandaya yalnız Asiya Çempionlar Liqası matçlarında kömək edə biləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
91
1
icma.az

2Источники