Yaxın Şərqdə baş verən hərbi eskalasiya dünyada neft qiymətlərinə ciddi təsir göstərib.
Publika.az xəbər verir ki, ABŞ bu bahalaşmanın iqtisadi fəsadlarını azaltmaq üçün strateji ehtiyatlardan 172 milyon barel nefti dövriyyəyə buraxacaq.
Bu barədə ABŞ-ın enerji naziri Kris Rayt "X" hesabında yazdığına görə, bu həcmdə xam neft ehtiyatlardan 120 gün ərzində buraxılacaq.