RU

Şəmkirdə kəndlərarası avtomobil yolları yenidən qurulur  

Azərbaycanda yeni yolların çəkilişi, mövcud infrastrukturun bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl işlər görülür.

Bu istiqamətdə respublika əhəmiyyətli yollarla yanaşı, kəndlərarası yolların əsaslı təmiri sahəsində də mühüm layihələr reallaşdırılır. Belə layihələrdən biri də Şəmkirin Dəllər Cəyir-Dəllər Daşbulaq-Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yolunun inşasıdır. 20 mindən artıq əhalinin yaşadığı bu yaşayış məntəqələrini birləşdirən yolda artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən asfaltlanma işləri aparlır. 

Qeyd edək ki,  avtomobil yolunun inşası zamanı vətəndaşların gediş-gəlişini rahatlaşdırmaq, yük və sərnişin daşınmasını asanlaşdırmaq üçün sakinlərin də arzu və təklifləri nəzərə alınmışdır.

Layihənin icrasının iyul ayında yekunlaşdırılması nəzərdə tutulur.

 Sabir ƏLİYEV,

“Azərbaycan”

Избранный
19
azerbaijan-news.az

1Источники