RU

ABB yeni şirkət yaradır – Şirkətin fəaliyyət istiqamətləri açıqlandı

Dövlət bankı ABB investisiya ekosistemini böyütmə yolunda “ABB Asset Management” törəmə şirkətinin yaradılması nəzərdə tutulur.

Banker.az-ın Bankdan əldə etdiyi məlumata əsasən, səhmdarların Ümumi Yığıncağında bu məsələ müsbət qarşılanıb.

Qeyd edilir ki, bu şirkət vasitəsilə ABB-nin yeni 2026-2028-ci illər üzrə inkişaf strategiyasının icra edilməsi və dəstəklənməsi məqsədilə qeyri-bank aktivlərinə, yeni bizneslərə investisiyalar, eləcə də özəl kapital fondlarına və sinergiya potensialı olan startaplara investisiya qoyuluşu imkanları dəyərləndiriləcək.

Bununla yanaşı tərəfdaşlarla birgə “Beyond Banking” biznes layihələrinin reallaşdırılması məsələləri nəzərdən keçiriləcək.

Xatırladaq ki, hazırda ABB-nin “Azərikard” prosessinq mərkəzi, ABB Moskva Bankı, “ABB-Invest İnvestisiya Şirkəti”, “ABB İnnovasiya” MMC kimi törəmə müəssisələri var.

Избранный
36
banker.az

1Источники