RU

NAYORA nın sədri: Gənclər şəhərsalma prioritetlərinin monitorinqində fəal şəkildə etməlidir

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Gənclər şəhərsalma prioritetlərinin monitorinqi və qiymətləndirilməsində fəal şəkildə etməlidir".

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində “Uşaqlar və gənclər” mövzusunda keçirilən dəyirmi masa zamanı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli deyib.

O bildirib ki, gənclərin bu tədbirlərdə iştirakı təsadüfi olmamalıdır:

“Onlar üçün mütəmadi olaraq fürsətlər yaradılmalı, tematik müzakirələr formatında müxtəlif platformalar formalaşdırılmalıdır ki, praktik məsələləri müzakirə edə bilsinlər. Eyni zamanda müxtəlif regionlardan olan gənclərə də imkanlar yaradılmalı, şəhərsalma prioritetləri və icmaların ehtiyacları onların baxışında da əks olunmalıdır. Hökumət strukturları, beynəlxalq tərəfdaşlar, ekspertlər və gənclər təşkilatları arasında əməkdaşlıq isə fikir və məlumat mübadiləsinə real imkan yaradır”.

Rafael Hacıbəyli qeyd edib ki, əsas məqsəd praktiki öyrənmə mühiti yaratmaq, şəhərsalma ilə bağlı real problemləri daha yaxşı anlamaq və eyni zamanda transformativ təcrübə formalaşdırmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
2
apa.az

3Источники