RU

Çində kömür mədənində partlayışda ölənlərin sayı 90-a çatıb - YENİLƏNİB

Çində kömür mədənində partlayışda ölənlərin sayı 90-a çatıb.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Dağıntılıar altında qalanların olduğu bildirilir.

Çin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Şansi əyalətindəki kömür mədənində baş verən qaz partlayışından sonra nazirliyin 345 nəfərlik şəxsi heyəti xüsusi avadanlıqlarla hadisə yerinə cəlb edilib. Xilasetmə işləri davam etdirilir.

Məlumata görə, mədəndə partlayışla bağlı şirkət rəhbəri saxlanılıb.

***

09.36

Çində kömür mədənində güclü partlayış olub.

"Xinhua" agentliyinin məlumatına görə, partlayış Şansi əyalətindəki kömür mədənində baş verib.

Qaz partlayışı nəticəsində ölənlərin sayının 82 nəfərə çatdığı bildirilir.

Избранный
20
1
apa.az

2Источники