RU

Palmer nə üçün milliyə çağırılmayıb?

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel yarımmüdafiəçi Koul Palmeri yığmaya çağırmamasının səbəbini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis qərarını belə şərh edib:

“Palmer yaxşı mövsüm keçirmədi. Mövqeyində ciddi rəqabət var və Bellingem, Morqan, Eze ondan daha yaxşı oynayıblar. Buna görə seçimim onlardan yana oldu. Palmer rəqabətdə geri qaldı”.

İngiltərə millisi dünya çempionatında L qrupunda Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundiala iyunun 11-də start veriləcək. İngiltərə yığması ilk oyunu 18-də Xorvatiyaya qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
futbolpress.az

1Источники