RU

Qətər: Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə böhranı dərinləşdirə bilər

ain.az bildirir, Azertag portalına istinadən.

Qahirə, 23 may, AZƏRTAC

Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə böhranın daha da dərinləşməsinə gətirib çıxaracaq.

AZƏRTAC xəbər verir ki, bu fikir Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Sani ilə iranlı həmkarı Abbas Əraqçi arasında baş tutan telefon danışığı zamanı səsləndirilib.

Məhəmməd bin Əbdülrəhman bin Casim Al Sani qeyd edib ki, Hörmüz boğazı vasitəsilə sərbəst gəmiçilik beynəlxalq hüququn dəyişməz prinsiplərindən biridir və bu məsələ müzakirə predmeti ola bilməz.

Telefon danışığı zamanı tərəflər regionda gərginliyin azaldılması yollarını da müzakirə ediblər. Qətər rəsmisi davamlı sülhün əldə olunması üçün vasitəçilik səylərinə müsbət yanaşmanın vacibliyini bildirib.

Bununla yanaşı, Doha müharibəyə son qoyacaq hərtərəfli razılaşmanın əldə olunmasına yönəlmiş beynəlxalq təşəbbüsləri dəstəklədiyini bəyan edib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
2
azertag.az

3Источники