Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyəti tələb edəcəyi təqdirdə istefa verməyə hazır olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "Armenpress" agentliyi məlumat yayıb.
"Əgər 700 min nəfər – yəni seçicilərin 50 faizindən çoxu – çıxıb desə ki, 'Nikol, qal', o zaman Nikol qalacaq. Yox, əgər insanlar 'Nikol, get' desə, Nikol kimdir ki, getməsin? Nikol xalqın xidmətçisidir", - deyə siyasətçi bildirib.
Xəbər yenilənir...