RU

Muxtar Babayev BMT Baş katibi vəzifəsinə namizədlə görüşüb

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bakıda iqlim dəyişikliyinin artan iqtisadi təsirləri, o cümlədən xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastruktur, ticarət, su sistemləri və şəhər dayanıqlığına artan təzyiq müzakirə edilib.

BAKU.WS xəbər verir ki, fikir mübadiləsi Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında aparılıb.

M. Babayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan görüş barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Bakıda WUF13 zamanı BMT Baş katibi vəzifəsinə namizəd olan Rebeka Qrinspenlə COP31 ərəfəsində iqlim və inkişaf prioritetlərinin bir-biri ilə sıx uzlaşmasını təmin etməklə yanaşı, adaptasiya maliyyəsinin artırılması və icra dəstəyinin gücləndirilməsi zərurətini müzakirə etdik".

Had a valuable discussion with @RGrynspan, Member of the @NizamiGanjaviIC and Candidate for UN Secretary-General, during #WUF13 in Baku.Exchanged views on the growing economic implications of climate change, including increasing pressure on infrastructure, trade, water systems… pic.twitter.com/zKmAOkjIcl

— Mukhtar Babayev (@Mukhtar_Babayev) May 23, 2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
103
2
baku.ws

3Источники