RU

Ağ Evin yaxınlığında atışma: jurnalistlər təxliyə edildi

Vaşinqtonda Ağ Evin yaxınlığında atışma baş verib.

Publika.az xəbər verir ki, bu barədə "NewsNation" telekanalının müxbiri Libbi Din "X" sosial şəbəkəsində məlumat verib.

O, çoxsaylı atəş səslərinin eşidildiyini qeyd edib.

"Məxfi Xidmət (Secret Service) jurnalistləri Şimal çəmənliyindən (North Lawn) təxliyə edib", - deyə bildirib.

CNN telekanalının məlumatına görə, söhbət onlarla atəşdən gedir. Hadisə 17-ci küçə və Pensilvaniya prospektinin kəsişməsində baş verib. Jurnalistlər təcili şəkildə Ağ Evin binasına daxil edilib və onlara içəridə qalmaları əmri verilib. Bundan sonra avtomat silahlarla təchiz olunmuş Məxfi Xidmət agentləri binanın ətrafında mühafizəyə başlayıblar.

Избранный
43
28
publika.az

10Источники