RU

"Qarabağ"ın komandası “Neftçi”ni uddu, çempion oldu

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası AFFA Gənclər Liqasının qalibi olub.

Buna 2025-2026-cı illər mövsümünün son turunda nail olublar.

Sportinfo.az xəbər verir ki, 2-ci mərhələdə A qrupunda mübarizə aparan "Qarabağ" 10-cu turda “Neftçi”ni qəbul edib.

Qarşılaşma "Sərhədçi" İdman Mərkəzinin stadionunda keçirilib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən “Qarabağ” xallarının sayını 25-ə çatdırıb. Bununla da 1-ci yeri tutaraq Azərbaycan çempionu adına sahib çıxıb.

"Qarabağ"ın U-19 komandası ölkəmizi 2026/27 mövsümündə UEFA Gənclər Liqasının Çempionlar yolunda təmsil edəcək.

Избранный
81
sportinfo.az

1Источники