RU

İsrail ordusu Livanla sərhəddə daha bir hərbçisini itirib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail ordusu Livanda keçirilən əməliyyatlar zamanı daha bir hərbçisini itirib.

APA xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat verib.

Məlumata görə 401-ci zirehli briqadada xidmət edən 23 yaşlı baş çavuş Noam Hamburger İsrailin şimalındakı sərhəd bölgəsində öldürülüb.

Digər iki əsgər yaralanıb, biri ağır, digəri isə yüngül xəsarət alıb.

“The Times of Israel” qəzeti bunun Livandan partlayıcı maddələrlə silahlanmış pilotsuz təyyarə hücumunun nəticəsi olduğunu bildirib.

Qeyd edək ki, bu, İsrail və “Hizbullah” arasında atəşkəs qüvvəyə mindikdən bəri Livanın cənubunda öldürülən doqquzuncu İsrail hərbçisiddir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
apa.az

2Источники