RU

Həmişə şəbəkədən ayırmaq lazım olan 4 mətbəx cihazı

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bir çox insan hesab edir ki, söndürülmüş mətbəx cihazı artıq heç bir təhlükə yaratmır və elektrik sərf etmir. Lakin elektrik təhlükəsizliyi üzrə ekspertlər xəbərdarlıq edirlər: bəzi qurğular gözləmə rejimində belə potensial risk daşıya bilər. Demokrat.az xəbər verir ki, bu barədə elektrik ustası Mark Halberq və məişət texnikasının aşınması üzrə mütəxəssis Stiv Klemente Marthastewart.com resursuna açıqlama veriblər.Onların sözlərinə görə, problem təkcə “gözləmə rejimində enerji sərfiyyatı” deyil, həm də detalların aşınması, həddindən artıq qızma və gərginlik sıçrayışı riskidir. Bunlar həm cihazın xarab olmasına, həm də yanğın təhlükəsinə səbəb ola bilər.1. TosterTosterlər içəridə yığılan çörək qırıntıları və yüksək temperaturda işləyən qızdırıcı elementlər səbəbilə risk yarada bilər. Ekspertlərin bildirdiyinə görə, cihaz mütəmadi təmizlənmədikdə qalıqlar alışma mənbəyinə çevrilə bilər. Bundan əlavə, zamanla taymer və ya termostat nasazlığı yaranaraq cihaz nəzarətsiz halda da qızmaya bilər.2. Qəhvə hazırlayan aparatBir çox qəhvə aparatları hətta “söndürülmüş” vəziyyətdə belə saat, taymer və gözləmə rejimi səbəbilə elektrik sərf edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, gərginlik sıçrayışı həm cihazın özünü, həm də yaxınlıqdakı rozetka və digər avadanlıqları zədələyə bilər.3. AeroqrilPopulyarlaşan aeroqril güclü qızdırıcı elementlərə və həssas elektron sistemlərə malikdir. İçəridə yağ və qırıntıların toplanması xüsusilə gərginlik dəyişiklikləri zamanı qısaqapanma və ya həddindən artıq qızma riskini artırır.4. Masaüstü sobaKiçik masaüstü sobalar yüksək temperaturda işləyir və daxili komponentlər daha tez köhnəlir. Ekspertlər qeyd edirlər ki, elektrik naqillərində və ya qızdırıcı elementlərdə yaranan nasazlıqlar cihaz gözləmə rejimində olsa belə qızmaya səbəb ola bilər. Buna görə də onu tamamilə şəbəkədən ayırmaq tövsiyə olunur.Mütəxəssislər vurğulayırlar ki, bu cihazların istifadədən sonra rozetkadan çıxarılması yanğın riskini azaldır, texnikanın xidmət müddətini artırır və əlavə enerji sərfini önləyir.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
demokrat.az

1Источники