RU

Bakı-Tbilisi biletinin qiymətini tənqid etdi - "O pula Avropaya uçun"

Müğənni Fuad Musayev sosial şəbəkə hesabında Bakıdan Tbilisiyə qatar biletlərinin qiyməti ilə Avropaya aviabiletlərin qiymətini müqayisə edib.
 
Moderator.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni eyni pula yaxın məbləğə Bakıdan Avropaya uçmaq mümkün olduğunu bildirib:
 
“80 manat verib 9 saat qatarla Tbilisiyə getməkdənsə, o pulun üstünə 10-15 AZN əlavə edin, təyyarə ilə Avropaya uçun. Macarıstanın "Wizz Air"i var olsun, bizimkilərdən çox bizi düşünür!”.
 
Qeyd edək ki, mayın 26-dan Bakı-Tbilisi istiqamətində qatar reysi açılır. Reysdə komfort tipli vaqonlarda 81, comfort+ tipli vaqonlarda 117 və lüks tipli vaqonlarda 180 AZN-dən başlanan qiymətlər müəyyən edilib. Qiymətə 23 kq-a qədər əl yükü daxildir. Açıqlanan qiymətlər sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Избранный
4
1
moderator.az

2Источники