RU

Biz “Kəpəz” və “İmişli”də daha yaxşıyıq, daha yaxşı futbol oynayırdıq MÜSAHİBƏ

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Qəbələ"nin futbolçusu Xayme Sierra Sportal.az saytına müsahibə verib.

- "Qəbələ" mövsümün son turunda “Şamaxı”nı məğlub edə bildi. Həmin qələbəni necə şərh edərdin? Yəqin ki, bu qələbə sizi o qədər də çox sevindirmədi?

- Təbii ki, hər oyuna qələbə üçün çıxırıq. Qalibiyyət önəmlidir. Amma ən önəmlisi 5 gündən sonra keçiriləcək pley-off görüşüdür. Hər halda, məhz o matç “Qəbələ”nin Premyer Liqadakı taleyini həll edəcək.

- Səncə, nəyə görə "Qəbələ" 11-ci pilləyə düşdü? Daha yaxşı nəticə göstərə bilməzdiniz? "Kəpəz" və "İmişli" sizi qabaqladı və Premyer Liqada qalmağı təmin etdi. "Qəbələ" onlardan zəif komanda idi?

- Xeyr. Məncə, biz “Kəpəz” və “İmişli”də daha yaxşıyıq, daha yaxşı futbol oynayırdıq. Sadəcə əgər sən qol imkanlarından istifadə edə bilmirsənsə, işlər daha da çətinləşir. Məncə, bizim əsas problemimiz məhz bu idi. Hücumda epizodları reallaşdıra bilməməyimiz vəziyyəti bu yerə çatdırdı.

- Mövsüm başa çatsa da, sizin üçün hələ daha bir oyun qalıb. Hazırda atmosfer, ab-hava necədir kollektivdər?

- Hər halda, son matçda qalib gəlmək atmosferi daha yaxşı saxlamaq baxımından önəmli idi. Yoxsa, son turda xal qazanıb-qazanmamaq sarıdan o qədər vacib deyildi.

- "Qəbələ"nin Premyer Liqaqada qalması üçün pley-off görüşündə qalib gəlməlidir. Rəqibiniz “Mingəçevir” oldu. Bu klub haqda məlumatın var?

- Düzünü desəm, onlar haqda geniş məlumatım yoxdur. Təbii ki, artıq məşqçilər korpusu onları analiz etməyə başlayıb və bizə məlumat verəcəklər. Məşqçilərin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq ki, oyunun gedişində bunları yerinə yetirək və “Qəbələ” Premyer Liqada qalsın. Amma rəqibin kimliyindən asılı olmayaraq, çətin matç alınacağı dəqiqdir. 

- “Qəbələ” Premyer Liqadakı yerini qoruyub-saxlasa, bu komandada qalmağı planlaşdırırsan? Yoxsa, klubunu dəyişəcəksən?

- Prinsipcə, “Qəbələ” ilə daha bir illik müqaviləm var. “Qəbələ”də xoşbəxtəm və kluba minnətdaram. Amma mən iddialı insanam və qalib layihə istəyirəm. Pley-off matçı bitdikdən sonra bu barədə danışmağın vaxtı çatacaq. Hazırda ən vacib şey "Qəbələ"nin Premyer Liqada qalmasıdır. Biz də bunun üçün hər şeyi edəcəyik.

Mirbağırağa

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
2
sportal.az

3Источники