RU

Putini dəstəkləyən müğənninin Almaniyada konserti ləğv edilib

Ayna saytına istinadən ain.az xəbər verir.

Slavanın konserti vizasının ləğvi səbəbindən ləğv olunub: “Bu, siyasi motivli qərardır”

Rusiyalı müğənni Slavanın (əsl adı Anastasiya Slanevskaya ) Almaniyadakı çıxışı ləğv edilib. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə sənətçinin prodüseri Nikolay Makarov məlumat verib.

Makarovun sözlərinə görə, bu, onun vizasının ləğvi ilə bağlı olub. Vizanın ləğvi isə sənətçinin Rusiya Prezidenti Vladimir Putinin siyasətini dəstəkləyən açıqlamaları ilə əlaqələndirilir.

Bildirilib ki, Şengen vizası rusdilli diaspor qarşısında çıxış etmək üçün İspaniya viza mərkəzi vasitəsilə alınıb. Lakin iki gün əvvəl ləğv edilib və heç kim Slava nümayəndələrinə rədd cavabının səbəbini rəsmi olaraq bildirməyib.

Sənətçinin prodüseri hadisəni “siyasi motivli qərar” adlandırıb. Makarov qeyd edib ki, Slava dəfələrlə xaricdə çıxış edib və heç vaxt belə bir problemlə qarşılaşmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
19
ayna.az

10Источники