RU

Şairə Hicran Fuad Əhmədlinin yeni kitabları təqdim olundu - FOTO

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının üçüncü günündə şairə Hicran Fuad Əhmədlinin yeni kitablarının təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, ümumilikdə üç kitabın müəllifi olan H.F.Əhmədlinin son kitablarını – vətənpərvərlik ruhunda yazılmış “Zülmətdən işığa doğru” (nəsr) əsərini və “Üşüyən ruhum” lirik şeirlər toplusunu oxucular maraqla qarşılayıblar.
 

MÖVZU İLƏ BAĞLI: 

Şair Surxay Məhəmmədoğlu festivalda yaradıcılığı ilə diqqət çəkdi


Şairə “Turan” Yazarlar Birliyinin üzvüdür. O, Türkiyədə “İlin yazarı” mükafatına layiq görülüb, həmçinin “Zəfər” Media və “Qızıl qələm” mükafatlarının laureatıdır.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, "İnam" Mühafizə Şirkəti, "Mədəniyyət" kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.


Şəfiqə Şəfa, Bizim.Media

Избранный
3
18
bizim.media

10Источники