RU

Liderlərin bəyanatları sessiyası WUF-lar tarixində ilk dəfə Bakıda keçirildi...



Vasif Həsənli: "Bütün bunlar isə Azərbaycanın beynəlxalq idarəetmədə qlobal moderator rolunu daha da gücləndirir"

Azərbaycan COP29-da da (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı), Qoşulma Hərəkətında da olduğu kimi WUF13-də də yeniliyə imza atdı. WUF13 göstərdi ki, Azərbaycan belə tədbirlərin təşkili işini daha da təkminləşdirib. WUF13-ün tarixində ilk dəfə olaraq 27 dövlət və hökumət başçısının iştirakı ilə Liderlərin Bəyanatları Sessiyası keçirildi. Yəni 176 ölkədən 57000-dən çox iştirakçısının qatıldığı WUF13 (Ümumdünya Şəhərsalma Forumu) dünyada ilklərlə də yadda qaldı. Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində Liderlərin Bəyanatları Sessiyası keçirildi. Ekspertlər vurğulayır ki, Liderlər Sammiti WUF13-ün ən əlamətdar məqamlarından birinə çevrildi.

Mayın 18-də təşkil edilmiş bu Seqmentdə 27 dövlət və hökumət başçısı, yüksək səviyyəli qonaq və beynəlxalq təşkilatların rəhbərləri iştirak etdi. Liderlər çıxışlarında Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə etdi.

Liderlərin Bəyanatları Sessiyasının təşkili Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün mühüm beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirdi, WUF13-ün siyasi əhəmiyyətini daha da artırdı.

Liderlərin Bəyanatları Sessiyası Azərbaycanın strateji əhəmiyyətli məsələlər ətrafında beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni dialoq platformaları formalaşdırmaq qabiliyyətinin göstəricisidir.

WUF13 çərçivəsində mayın 17-də Azərbaycanın sədrliyi ilə keçirilmiş Nazirlər görüşündə 70-dək ölkəni təmsil edən nazir və nazir müavini iştirak etdi. Görüşün sonunda qəbul edilmiş "Sədrin xülasəsi" sənədində aşağıdakı vacib məqamlar yer aldı. Burada Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən liderliyi vurğulandı,

176 ölkədən 57000-dən çox iştirakçısı olan WUF13-ün Ümumdünya Şəhərsalma Forumunun ən böyük sessiyası olduğu qeyd edildi, Azərbaycan Hökumətinə və xalqına qonaqpərvərliyə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə edildi, WUF13-ün hazırlıqlarında təqdim olunan innovativ yanaşmalar, o cümlədən ilk Liderlərin Bəyanatları Sessiyası və Azərbaycan ilə UN-Habitatın Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyaların təşkili üçün əməliyyat təlimatlarına dair əməkdaşlıq niyyəti alqışlandı, Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində gördüyü işlər yüksək qiymətləndirildi, onun oxşar şəraitlər üçün faydalı ola biləcəyi vurğulandı, bu istiqamətdə aparılan fəaliyyətlə bağlı Azərbaycanla həmrəylik ifadə edildi, milli şəhərsalma forumları qabaqcıl təcrübələrin mübadiləsi və tərəfdaşlıqların möhkəmləndirilməsi üçün vacib platforma kimi qiymətləndirildi ki, bu da Azərbaycanın milli şəhərsalma forumlarının keçirilməsi təşəbbüsünün nə qədər aktual və əhəmiyyətli olduğunu bir daha göstərir.

Nazirlər görüşünün "Sədrin xülasəsi" sənədi Forumun yekun sənədi olan "Bakı Fəaliyyətə Çağırış" sənədinə və BMT-nin "Yeni Şəhər Gündəliyi"nin icrası ilə bağlı aralıq icmal prosesinə töhfə verəcəkdir. "Demokrat.az" xəbər portalının rəhbəri, "Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması" İctimai Birliyinin sədri Vasif Həsənli baki-xeber.com-a bildirdi ki, Azərbaycanın COP29-da nümayiş etdirdiyi qlobal liderlik təcrübəsi mayın 22-də Bakıda uğurla başa çatan BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində növbəti dəfə tarixi ilklərlə yadda qaldı: "Qeyd edildiyi kimi, Forumun tarixində ilk dəfə məhz Bakıda Liderlər Sammitinin təşkil edilməsi Azərbaycan üçün həm diplomatik, həm də praktiki cəhətdən çox böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu tarixi hadisənin əhəmiyyətini zaman keçdikcə daha çox dərk edəcəyik. Çünki Azərbaycanın təşəbbüsü ilə 27 dövlət və hökumət başçısının iştirak etdiyi bu sessiya sayəsində dayanıqlı şəhərsalma, yaşıl keçid və qlobal məskunlaşma problemləri birbaşa dövlət rəhbərlərinin siyasi gündəliyinə daxil edildi.

Eyniz amanda Azərbaycan öz təşəbbüsləri ilə qlobal problemlərin bir-biri ilə necə sıx bağlı olduğunu dünyanın diqqət mərkəzinə gətirdi".

V.Həsənli qeyd etdi ki, Bakı Liderlər Sammiti COP29-da qəbul olunan iqlim öhdəliklərinin real şəhərlərdə necə tətbiq olunacağını ən ali səviyyədə sintez edirdi: "Bütün bunlar isə Azərbaycanın beynəlxalq idarəetmədə qlobal moderator rolunu daha da gücləndirir".

İradə SARIYEVA

Избранный
40
14
baki-xeber.com

10Источники