RU

Bu il hansı mənbələrdən nə qədər elektrik enerjisi istehsal edilib?


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əmtəəlik elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% azalaraq 8 milyard 273,6 milyon kVt/saat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verilir ki, ümumilikdə elektrik enerjisi istehsalı 3% azalaraq 8 milyard 527,6 milyon kVt/saat təşkil edib.
İstehsal olunan əmtəəlik elektrik enerjisinin 82,4%-i və ya 6 milyard 816,9 milyon kVt/saatı İstilik Elektrik Stansiyalarının (İES), 11,1%-i və ya 920 milyon kVt/saatı Su Elektrik Stansiyalarının (SES), 4%-i və ya 327,5 milyon kVt/saatı Külək Elektrik Stansiyalarının (KES), 1,5%-i və ya 121,8 milyon kVt/saatı Günəş Elektrik Stansiyalarının (GES), 1,1%-i və ya 87,4 milyon kVt/saatı isə biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyaların payına düşüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə İES-lərdə elektrik enerjisi istehsalı 5,5%, SES-lərdə 13,5%, GES-lərdə isə 6% azalıb. KES-lərdə istehsal 58,5 dəfə, biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyalarda elektrik enerjisi istehsalı isə 17,7% artıb.

Elnur Əli
Избранный
33
1
yeniavaz.com

2Источники