RU

Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı km-də bərpa işlərinə başlanıldı

BAKI, 24 may. TELEQRAF

Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı kilometrində bərpa işlərinə başlanılıb.

Bu barədə Teleqraf-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, sel nəticəsində zədələnmiş hissədə hazırda qazıntı və təmizləmə işləri aparılır, əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.Görülən tədbirlər yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına və nəqliyyat əlaqəsinin tam bərpasına yönəlib.

Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq davam etdirilir.

Избранный
40
teleqraf.com

1Источники