RU

Təbliğat fayda vermir: Ruslar yapon avtomobillərinə axın edirlər

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Rusiya-Ukrayna müharibəsindən ən çox zərər görən sektorlardan biri də avtomobil satışları oldu. Bir çox Qərb brendi ölkəni tərk etdi və yerli istehsalı dayandırdı. 

Avtosfer.az xəbər verir ki, federasiyada paralel olaraq “xarici maşınlara” qarşı qarayaxma kampaniyası (“Mercedes” ən təhlükəli maşındır, biz istəsək BMW-dən daha yaxşı maşın hazırlaya bilərik, “Lada”nın komfortu “Toyota”dan üstündür və s.) başladı. 

Əks təbliğat bu gün də dayanmayıb. Lakin, statistika kiselyovlara, solovyovlara, simonyanlara tökülən pulların hədər getdiyini göstərir.

“Avtostat”ın məlumatına görə, 2026-cı ilin ilk 4 ayında Yaponiyadan Rusiyaya yaşı üçdən çox olan 72 300 nəqliyyat vasitəsi gətirilib. Bu da illik 34 faiz artım deməkdir.

İkinci əl yapon avtomobilləri arasında lider yenə də 23 300 maşınla “Toyota” olub. İkinci yerdə 22 600 avtomobillə “Honda” gəlir. İlin sonunadək onun “Toyota”nı ötə biləcəyi iddia olunur. 

Növbəti yerləri 6500 maşınla “Suzuki” və 4 000 maşınla “Mazda” bölüşür. İlk beşikdə Almaniyanın “Volkswagen” konserni də yer alıb – 2900 maşın. Altıncı və yeddinci yerlər də Gündoğar ölkənin “Nissan” və “Mitsubishi” brendlərinə aiddir.

Bu da bir daha göstərir ki, ruslar təbliğata rəğmən təzə yerli avtomobil əvəzinə işlənmiş Yaponiya və Almaniya maşınlarına üstünlük verirlər. Səbəb hər kəsə məlumdur.

“Lexus”a gəlincə: hesabat dövründə Rusiyaya bu markanın 1495 ədəd təzə avtomobili gətirilib. Bu sahədə illik artım nə az, nə çox 90 faizdir!

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
avtosfer.az

1Источники