RU

Premyer Liqa: Mövsümə Qubada yekun vuruldu – ARENA.AZ

Bu gün keçiriləcək son bir oyunla futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu – 33-cü turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Mövsümün qapanış matçında “İmişli” “Karvan”la üz-üzə gəlib. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilmiş oyunu İnqilab Məmmədov idarə edib. Tərəflər bu görüşdə hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beləcə, 2025/2026-cı illər mövsümünə heç-heçə ilə yekun vurulub.

Premyer Liqa
33-cü tur
24 may

“İmişli” – “Karvan” 1:1
Qollar: Dioqo Kardozo, 90+5 – Peter Kinqs, 28.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

İmişli: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 3. Tuncay Yusifli, 20. Nazim Hüseynov, 29. Edvin Banqera (k).
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 33. Andrey Sinenka, 90. Riad Abbaszadə, 47. Orxan Fərəcov, 30. Xəlil Mürsəlli, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 6. Yav Mozes, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan.
Baş məşqçi: Xorxe Kaskilya.

Karvan: 1. Kamran İbrahimov, 33. Eltun Turabov (k), 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 8. Peter Kinqs.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 19. Tompson Qavi, 10. Samuel Durrant.
Baş məşqçi: Füzuli Məmmədov.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
11
6
arena.az

10Источники