RU

Çox qərar verəndə səhv edirsən Qvardiola

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mançester Siti” rəsmi olaraq Pep Qvardiolanın mövsümün sonunda istefa verəcəyini təsdiqləyib.

"Ölkə.az" xəbər verir ki, ispaniyalı səmimi bir müsahibədə “Siti”də çalışdığı dönəmdə hansı qərarına görə peşman olduğunu açıqlayıb.

O, 2016-cı ildə, heyətdəki yerini itirdiyi və icarəyə göndərildiyi zaman qapıçı Co Harta qarşı necə sərt davrandığını xatırlayıb.

“Etiraf etmək istəyirəm. Peşmanam. Çox qərar verəndə səhv edirsən. İllərdir dərin bir peşmançılığım var: Co Hart yaxşı qapıçı olsa da, ona dəyərini sübut etmək şansı vermədim. Bunu etməli idim.

Mən Klaudio Bravoya, Edersona tam hörmət edirəm – o, gələndə dəyərli idi. Bəzən kifayət qədər ədalətli deyiləm. Şübhələrim olanda insanlarla danışıram, amma o vaxtlar 100% əmin idim ki, mən bunu etməliyəm. Klub məni bu işdə dəstəklədi”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
1
olke.az

2Источники