RU

​İNFLUENSER REKLAMLARININ SİRRİ Niyə insanlar onlara daha tez inanır?

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məhsullardan tutmuş qida əlavələrinə, maliyyə platformalarından müxtəlif xidmətlərə qədər geniş spektrdə təkliflər bu gün tanınmış simalar və influenserlər vasitəsilə geniş auditoriyaya çatdırılır. İzləyicilər çox zaman bu tövsiyələri reklamdan daha çox şəxsi və etibarlı məsləhət kimi qəbul etdiyindən təsir gücü əhəmiyyətli dərəcədə artır. Son dövrlərdə keyfiyyətsiz məhsullar, şişirdilmiş vədlər və gizli reklam halları ilə bağlı iddiaların artması sosial media reklamlarının psixoloji təsiri ilə bağlı mühüm suallar doğurur.

İnsanlar niyə influenser reklamlarına daha tez inanır və bu inamı formalaşdıran əsas psixoloji amillər hansılardır? Eyni zamanda, aldadıcı məlumat verildiyi hallarda hüquqi məsuliyyətin hansı tərəfə - məhsulun istehsalçısına, yoxsa reklamı həyata keçirən influenserə aid olması necə müəyyən edilir?

Mövzu ilə bağlı media eksperti Yadigar Məmmədli “AzPolitika”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə hər hansı məhsulun reklamı artıq adi hala çevrilib və çox geniş yayılıb.

Onun sözlərinə görə, insanların böyük əksəriyyəti ilkin informasiyanı sosial şəbəkələrdən əldə etdiyinə görə, orada gördükləri, oxuduqları və izlədikləri reklamlar daha tez və sürətlə yayılır: “İnfluenserlər isə bu reklam imkanlarından aktiv şəkildə yararlanırlar. Sosial şəbəkələrdə klassik mətbuat prinsiplərini tam şəkildə tətbiq etmək hələlik mümkün deyil. Çünki bu platformalar açıq bir mühitdir və orada media etikası və peşə standartlarının tam qorunması çətindir. Lakin bu, həmin sahənin tam nəzarətsiz olduğu demək deyil. Dövlətin kiber cinayətkarlıq və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumları mövcuddur və zərurət yarandıqda araşdırmalar aparılır”.

Ekspert qeyd edib ki, influenserlər bəzən özlərini “vətəndaş jurnalisti” və ya “bloger” kimi təqdim edərək media funksiyasını yerinə yetirirmiş kimi çıxış edirlər: “Onların paylaşdıqları məlumatlara inanan və təsirlənən xeyli sayda insan var, bu da bəzən yanlış seçimlərə səbəb olur. Buna görə də sosial şəbəkə istifadəçiləri daha diqqətli olmalı, hər reklam edilən məhsulu araşdırmadan qəbul etməməlidirlər. İstifadəçilərin əlavə məlumat əldə etməsi və məhsulu dəqiqləşdirməsi vacibdir ki, sonradan aldanma halları minimuma ensin”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
azpolitika.info

1Источники