RU

Ukrayna dronları Voronej və Kursk vilayətlərinə hücum edib

Rusiyanın Voronej və Kursk vilayətləri pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə hər iki vilayətin qubernatorları Aleksandr Qusev və Roman Starovoyt məlumat verib.

Qusevin sözlərinə görə, 3 PUA-dan biri Voronej şəhərinin üzərində zərərsizləşdirilib: “Hücümların davam etməsi tədlükəsi qalmaqdadır”.

Yeri gəlmişkən, qubernator Voronej şəhərinin Kominternovski rayonunda fərdi pansionatda yanğın baş verdiyini açıqlayıb, amma yanğının səbəbinə aydınlıq gətirməyib. Kursk vilayətinin Jeleznoqorsk rayonuna Ukraynaya məxsus PUA-nın hücumu da yanğın törədib.

Kursk vilayətinin qubernatoru Roman Starovoyt bildirib ki, hücum nəticəsində yanacaq rezervuarında yanğın baş verib: “Tələfat yoxdur, hadisə yerinə təcili xidmətlər gəlib”.

Qeyd edək ki, Ukraynaya savaş elan edəndən bəri Rusiyanın sərhədyanı rayonları mütəmadi olaraq pilotsuz uçuş aparatlarının hücumuna məruz qalır.

Xatirə SADİQ,

KONKRET.az

Избранный
249
2
konkret.az

10Источники