RU

Misir prezidenti ilə Yunanıstanın baş naziri ortaq bəyannamə imzaladı

İndi bütün dünya Misir və Yunanıstan arasındakı razılaşmalardan danışır. Politoloqlar iki ölkə rəhbərlərinin görüşünü diqqətəlayiq əməkdaşlıq kimi qiymətləndiriblər.

Səbəb isə Misirlə Yunanıstan arasında Ali Əməkdaşlıq Şurasının yaradılmasıdır.

KONKRET.az xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin paytaxt Qahirədə iki ölkə arasında Yüksək Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı ortaq bəyannamə imzalayıb.

Qeyd edək ki, dünən Misirlə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin səviyyəsini strateji və hərtərəfli tərəfdaşlığa yüksəltmək üçün bəyannamə imzalanıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Избранный
200
32
konkret.az

10Источники