RU

Rusiyanın sülh platforması təklifinə Azərbaycan tərəfindən CAVAB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan Rusiyada və başqa yerlərdə Ermənistanla danışıqlara həmişə hazır olub".
Oxu.Az xəbər verir ki, bunu TASS-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olmasını şərh edərkən deyib.
"Azərbaycan Rusiyada və digər yerlərdə Ermənistan tərəfi ilə danışıqlara həmişə hazır olub", - deyə Hacızadə bildirib.
Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 24-də keçirdiyi brifinqdə bildirib ki, Moskva Bakı və İrəvan nümayəndələri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır və onlar üçün ən rahat şəraiti yaradacaq.
Избранный
234
50
oxu.az

10Источники