Beynəlxalq Muğam Mərkəzinin solistləri “Türk Yılmaz Marşı”nı ifa ediblər

Beynəlxalq Muğam Mərkəzi (BMM) Bakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlığı çərçivəsində maraqlı layihəyə imza atıb.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artist İlkin Əhmədov və Almaxanım Əhmədlinin ifa etdiyi “Türk Yılmaz Marşı”nın sözləri və musiqisi Kazım Karabekir Paşaya aiddir.

Yunus Əmrə İnstitutunun sosial media hesabında bununla bağlı paylaşımda “Tarixi həqiqətləri təhrif edənlərə Azərbaycandan bir cavab” sözləri əks olunub. Eyni zamanda, həmin marşdakı “Cihan yıkılsa, Türk yılmaz!” sözləri xüsusi olaraq vurğulanır.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra ölkələrin müvafiq qurumları, mədəniyyət və incəsənət təşkilatları ilə beynəlxalq əlaqələri fəal şəkildə genişləndirir. Hazırda dünyanın nüfuzlu musiqi təşkilatları sırasında BMM-nin də öz yeri var. Bu təşkilatlar tərəfindən BMM-nin fəaliyyəti təqdir edilir, ikitərəfli layihələrə imza atılır.

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
84
1
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar