Qəzada ölən Müğənni Aslan DƏFN EDİLDİ

Müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub. 

Lent.az-ın məlumatına görə, dəfn mərasimində mərhumun qohumları və sənət dostları iştirak edib. Onlar arasında müğənni Niyam Salami, Səidə Dadaşova, Sevda Kazımova və başqaları qatılıb.

Qeyd edək ki, A.Hüseynov bu gün Bakı-Qazax yolunun 60-cı km-də avtomobil qəzasında dünyasını dəyişib.
 

14:47

Bu gün avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov Gəncədə anasının yanında dəfn ediləcək.

Bu barədə Lent.az-a ifaçının ailəsindən xəbər verilib. 

Qeyd edək ki, A.Hüseynovun anası aprelin 26-da dünyasını dəyişib. 

Müğənni Aslan Hüseynov anası ilə 

***

Saat 14:28 

Baş Dövlət Yol Polisi İdarəsi müğənni Aslan Hüseynovun ölümünü təsdiqləyib. 

İdarənin İctimaiyyətlə əlqələr şöbəsinin rəisi Namidan Piriyev Lent.az-a açıqlamasında bildirib ki, A.Hüseynovun idarə etdiyi BMW markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə müğənni almış olduğu ağır xəsarətlərdən hadisə yerindəcə ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

***

Saat 14:09

Müğənni Aslan Hüseynov ölüb.  

Bu barədə Lent.az-a müğənni Səidə Dadaşova deyib.

O, bildirib ki, Aslan yol qəzasında dünyasını dəyişib.  

Hadisə Bakının Qaradağ rayonunda olub. 

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
119
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar