AZ

İsrailin nüvə silahına malik olub-olmadığını yoxlamaq üçün təftiş mexanizminin yaradılmasına təşəbbüs göstərəcəyik - Ərdoğan

Bakı. Trend:

Ankara İsrailin nüvə silahına malik olub-olmadığını yoxlamaqüçün təftiş mexanizminin yaradılmasına təşəbbüs göstərəcək.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğan Almaniyada jurnalistlərin suallarını cavablandırarkəndeyib.

"İndiyədək mindən çox hüquqşünas Beynəlxalq Cinayət Məhkəməsinəbu hərbi cinayətləri sorğu-sual etmək və istintaq açmaq üçünmüraciət edib və bu müraciətlər davam edir. Bu işin bir hissəsidir.Digər tərəfdən, İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsinintərəfi deyil. Tərəf olmadığı üçün ilk növbədə onun qaydalarına tabedeyil. Amma üzv ölkələrin Beynəlxalq Atom Enerjisi Agentliyinəmüraciət etmək və nüvə təhlükəsizliyi adı altında monitorinqmexanizmi tələb etmək imkanı var. İndi onu aktivləşdirəcəyik.

Orada idarə heyətini toplayıb bu tələblə bağlı qərar verəcəklər.Bu proses müəyyən vaxt aparacaq. Onlar İdarə Heyətinin qərarınıAtom Enerjisi Agentliyinin ali orqanı olan Birləşmiş MillətlərTəşkilatının Təhlükəsizlik Şurasına göndərməlidirlər. ABŞ-ninİsrailin tərəfində durması və bu məsələyə veto qoymasımümkündür.

Bununla belə, bu məsələnin hətta bu əsasda mübahisəyə çevrilməsiçox böyük hadisədir. Rəsmi sənədlərdə ilk dəfədir ki, İsrailləbağlı belə bir müraciət qeydə alınıb. Bunun təkmilləşdirilməsiregionda strateji maraqların tarazlaşdırılması baxımından çox vacibməsələdir. Biz buradan təzyiq göstərməyə davam edəcəyik. BizTürkiyə olaraq bu çağırışı edirik. İsrailin nüvə silahları çox gecolmadan şübhəsiz yoxlanılmalıdır. Biz bunu diqqətdə saxlayacağıq.Mən bütün dünyanı bu məsələni diqqətdə saxlamağa çağırıram", -Ərdoğan qeyd edib.

Seçilən
466
9
az.trend.az

10Mənbələr