Suriyanın sabiq baş naziri Riyad Hicab ölkənin keçid hökumətinin başçısı olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Fransanın məşhur "Le Figaro" qəzeti məlumat yayıb.

Riyad Fərid Hicab, 1966-cı ildə Suriyanın Deir ez-Zor şəhərində doğulub. O, kənd təsərrüfatı mühəndisliyi üzrə doktorluq dərəcəsinə malikdir. Siyasi karyerasına Baas Partiyasının Deir ez-Zor şöbəsinin katibi olaraq başlamış, daha sonra Quneitra və Latakiya vilayətlərinin qubernatoru olub. O, 1989-1998-ci illərdə Suriya Milli Tələbə Birliyinin Azzur şöbəsinin prezidenti olub. 1998-2004-cü illərdə Partiya Şöbəsi rəhbərliyinin üzvü olub. 2004-2008-ci illərdə Ərəb Sosialist Baas Partiyasının Deyr əz-Zor şöbəsinin katibi vəzifəsində çalışıb. O, 22 fevral 2011-ci ildə Latakiya qubernatoru təyin edilib. Elə həmin il tutduğu vəzifəsindən azad edilərək, 2011-ci il aprelin 14-də kənd təsərrüfatı və aqrar islahatlar naziri təyin edilib. 2012-ci ilin iyun ayında prezident Bəşər Əsəd tərəfindən baş nazir vəzifəsinə gətirilib. Lakin 6 avqust 2012-ci ildə, hökumət tərəfindən vəzifəsindən azad edildiyi açıqlanmış, qısa müddət sonra müxalifətə qoşulmuşdu. O, daha sonra ailəsi ilə birlikdə İordaniyaya qaçıb. Ailəlidir və dörd uşaq atasıdır.

Son məlumatlara görə, Riyad Hijab Suriyanın keçid dövrü hökumətinin başçısı olaraq təyin edilə bilər. Bu təyinat ABŞ-nin Hayat Tahrir al-Sham (HTS) qruplaşmasının lideri Əhməd al-Şəra ilə əlaqə qurmaqdan çəkinməsinə imkan verəcəkdir.
Riyad Hicab keçid hökumətində Nazirlər Kabinetinə rəhbərlik edəcək.
***
Musavat.com bildirir ki, bu mövzuda ziddiyyətli xəbərlər gəlməkdədir. Suriya müxalifətinin tanınmış liderlərindən və Heyet Təhrir əş-Şamın (HTŞ) başçısı Əbu Məhəmməd Colani, keçid hökumətinin yeni baş naziri kimi Məhəmməd Əl-Beşirin təyin edildiyini elan edib.
Al Jazeera-nin verdiyi xəbərə görə, bu qərar Suriya devrilmiş rejiminin keçmiş baş naziri Məhəmməd Qazi Əl-Cəlali ilə keçirilən görüşdən sonra qəbul olunub. İclasda Suriya müxalifətinin gələcək siyasi idarəçiliyinin əsas konturları müəyyən edilib. Colani açıqlamasında bildirib ki, İdlibi idarə edən Əl-Beşir, keçid hökumətinin başçısı olaraq müxalifətin yeni siyasi dövründə mərkəzi rol oynayacaq.
![]()
Məhəmməd Əl-Beşir
Məhəmməd Əl-Beşir, uzun illər İdlib bölgəsinin idarəçiliyində mühüm rol oynayıb və keçid hökumətinin baş naziri kimi Suriya müxalifətinin güclənməsi və beynəlxalq səhnədə daha böyük nüfuz qazanmasına yönəlmiş fəaliyyətlərə rəhbərlik edəcək.
Colani əlavə edib ki, keçid hökuməti Suriya xalqının rifahını təmin etməyə və ölkədə sabitliyi bərpa etməyə çalışacaq.
Musavat.com