AZ

Moskvaya uçan təyyarədə HƏYƏCANLI ANLAR -Krasnoyarskda məcburi eniş etdi

Şanxaydan Moskvaya uçan təyyarə sərnişinin xəstəliyi səbəbindən Krasnoyarskda məcburi eniş edib.

OXU24.COM  xəbər verir ki, bu barədə TASS-a hava limanının mətbuat xidmətindən məlumat verilib.

"Saat 15:45-də Şanxaydan Moskvaya uçan "Aeroflot Boeing 777" sərnişinin xəstəliyi səbəbindən Krasnoyarsk hava limanına məcburi eniş edib", - məlumatda deyilir.

Xəstə ilə birlikdə ailəsi, ümumilikdə 5 nəfər təyyarədən çıxarılıb. Enişdən iki saat sonra təyyarə təyinat yerinə yollanıb.

Seçilən
93
10
oxu24.com

10Mənbələr