AZ

Zaur Nəbioğlunun ailəsində ağır itki – Özü danışdı...

Aparıcı Zaur Nəbioğlu efirdə ağır itkisini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, aparıcı efirə çıxmamağının səbəbini “Rəngarəng” verilişində dilə gətirib:

“Çərşənbə axşamı və Cümə günü “Rəngarəng” verilişi təkrar yayımlandı. Bunun da səbəbi var idi. İzləyicilərimizə bu səbəbi söyləmək istəyirəm. Çünki ana babam dünyasını dəyişmişdi. Rayonda idim. Allah hər birinizə cansağlığı versin. Dünyasını dəyişənlərə isə qəni-qəni rəhmət diləyirəm”.

Z.Nəbioğlu babasının şəhid atası olduğunu təsdiqləyib:

“Bəli, düzgün məlumat vermişdilər, Əvəz Səmədov şəhid atasıdır, Sabir Səmədovun atasıdır. Başsağlığı verən hər kəsə təşəkkürümü bildirirəm. Bu həyat belədir, bir üzümüz güləndə o biri ağlayır. Hər kəsə dedim ki, əziyyət çəkib rayona gəlməyin. Çünki babam Biləsuvarda o vaxt məcburi köçkünlər üçün salınmış qəsəbədə qalırdı. Mən də orada qalmışam, əmilərim, bibilərim, xalalarım da. Orda olan hər kəsə təşəkkürümü bildirirəm”.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
124
41
yenisabah.az

10Mənbələr