AZ

Dünyanın ən böyük məscidləri: 4 milyon insan namaz qıla bilər

İslam dünyasında  40 ən böyük məscid müəyyən edilib. 

Ölkə.az xəbər verir ki, bu məscidlərdə  15 min insandan 4 milyonadək insan eyni vaxtda ibadət edə bilər. 

Daha çox böyük məscidi olan  ölkələr sırasında Türkiyə, İndenoziya, Hindistan,  Malayziya, Səudiyyə Ərəbistanı yer alıb.

Dünyanın  ən 2 böyük məscidi isə  Səudiyyə Ərəbistanında yerləşir.

Beləliklə ilk 10-luqda yer alan məscidləri və hansı ölkədə, nə qədər insanın eyni vaxtda ibadət edə bilcəyini  təqdim edirik.

1. Məscidi-Haram, Məkkə (Səudiyyə Ərəbistanı) - 4 milyon insan eyni zamanda ibadət edə bilər.
2. Məscidi-Nəbəvi, Mədinə (Səudiyyə Ərəbistan) - 1,5 milyon insan eyni vaxtda ibadət edə bilər.
3. İmam Rza türbəsi, Məşhəd (İran) - 1,2 milyon insan eyni zamanda ibadət edə bilər.
4. Jamia Məscid, (Pakistan) - 800 min nəfər;
5. Məscidül-Əqsa, Qüds-Fələstin - 400 min nəfər;
6. Faysal Camii, Pakistan - 300 min nəfər;
7. İstiqlal Məscidi, İndenoziya - 200 min nəfər;
8. Tac-Mahal Məscidi, Hindistan -175 min nəfər;
9. Əlcəzair, Ulu Məscidi - 120 min nəfər;
10. Hassan II Məscidi, Tunis - eyni vaxtda 105 min nəfər ibadət edə bilər.

Mürtəza
Ölkə.az

Seçilən
0
50
olke.az

10Mənbələr