Bu günədək azad edilmiş ərazilərdə 82 həkim və orta tibb işçisi işlə təmin olunub
Bu barədə Viral.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, hazırda bu ərazilərdə TƏBİB-in tabeliyində ümumilikdə beş xəstəxana, yeddi Ailə Sağlamlıq Mərkəzi (ASM), iki həkim məntəqəsi, bir poliklinika fəaliyyət göstərir.
Son Yazılar:
- Qarabağda çalışan tibb işçilərinin sayı AÇIQLANDI
- Bioloji yaşı 28 İMİŞ
- Ərdoğan süni intellektlə yaradılan görüntüsündən danışdı
Qeyd olunan müəssisələrdə ümumilikdə 27 həkim və 55 orta tibb işçisi çalışır.
Laçın Mərkəzi Rayon Xəstəxanasında 8 həkim, 9 orta tibb işçisi, Laçın Ailə Sağlamlıq Mərkəzində isə 5 həkim, 6 orta tibb işçisi xidmət göstərir. Şuşa Modul Tipli Xəstəxanada 5 həkim və 9 orta tibb işçisi çalışır. Xankəndi poliklinikasında isə 5 həkim və 12 orta tibb işçisi vətəndaşlara xidmət edir.