AZ

Saleh Səmədovun yerinə o təyin olundu

Mayın 21-də İmişli rayon Ağsaqqallar Şurasının növbədənkənar yığıncağı keçirilib.

Şuradan "Unikal"a bildirilib ki, yığıncaqda açıq səsvermə yolu ilə uzun illər İmişli rayon təhsil şöbəsinə rəhbərlik etmiş, respublikanın Əməkdar müəllimi Ramiz Əmirov İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib.

Ramiz Əmirov bundan əvvəl də - 2021-ci ilin may ayından 2024-cü ilin aprel ayına kimi İmişli rayon Ağsaqqallar Şurasının sədri olub.

Qeyd edək ki, İmişli Rayon Ağsaqqallar Şurasının bundan əvvəlki sədri Saleh Səmədov idi. O, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etdiyinə görə vəzifəsindən azad edilib. İdarə Heyəti S.Səmədovun Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

Seçilən
1
50
unikal.az

10Mənbələr