Britaniyada sürücü avtomobili “Liverpul”un Premyer Liqa çempionluğunu qeyd etmək üçün toplaşan izdihamın üzərinə sürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Telegraph” məlumat yayıb.
Nəşr bildirib ki, hadisə zamanı azı 17 nəfər yaralanıb.
Polisin məlumatına görə, hadisəni törədən 53 yaşlı kişi saxlanılıb.





