Bakı.Trend:
Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinintəhqiqatçısına hökm oxunub.
Trend-in əldəetdiyi məlumata görə, buna səbəb onun vəzifə səlahiyyətlərindənsui-istifadə etməsi olub.
Belə ki, təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında tanışıilə görüşüb söhbətləşən zaman tanışı ondan bəyan edilməmiş mobiltelefonların ölkədə sayının çox olub-olmaması ilə maraqlanıb. O isəqeydiyyat qaydaları sərtləşdirildikdən sonra bəyan edilməmişformada olan mobil telefonların “28 May” metrosunun ərazisindəyerləşən mobil telefon mağazalarının qarşısında səyyar olaraqdəyərindən ucuz satıldığını deyib. Daha sonra sonuncuya həmintelefonları ucuz qiymətə ala bilərsə onu qanuni qaydada bəyanetdirə biləcəyini, daha sonra qeydiyyatdan keçirib sata biləcəyinibildirib. Bu zaman ona əldə edəcəyi gəliri yarıbayarı bölməyitəklif edib. Əslində isə onun məqsədi mobil telefon cihazlarınısərhəddən keçən əcnəbilərin adlarına bəyannamə tərtib edib təsdiqetmək olub.
O bu məqsədlə 2023-cü ildə ölkəyə sərhəddən keçən ayrı-ayrıəcnəbi şəxslərin adına onların məlumatı olmadan sərhəd keçmələrizamanı təqdim etdikləri pasportları əsasında özü bəyannamə tərtibedib “VAİS” sistemində özünə məxsus hesabında təsdiq edərək müvafiqsistemdə görünməsinə nail olub.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 308.1, və 313-cü maddələri ilə təqsirli bilinərək 2 ilmüddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifətutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaqhüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 faizməbləğində pul tutulmaqla ona qəti olaraq 2 il müddətinə islahişləri cəzası təyin edilib.