AZ

"Tesla"nı bundan sonra nə gözləyir?

ABŞ Prezidenti Donald Trampın ən böyük dəstəkçisi olan “Tesla” şirkətinin sahibi İlon Mask arasında başlayan “müharibə” elektrikli avtomobil istehsalçısının gələcəyini müzakirə mövzusuna çevirib.

İş o yerə çatıb ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilən və Senatda müzakirə edilən yeni qanun layihəsi, elektriklə işləyən avtomobil alanlara verilən vergi güzəştlərinin aradan qaldırılmasını hədəfləyir. Qanun layihəsi hazırki formada təsdiqlənərsə, 2030-cu ilə qədər "Tesla" satışlardan milyonlarla itirəcək.

Digər tərəfdən, "Tesla"nın son 10 ildə qazancının üçdə birini təşkil edən “karbon kreditləri” də ABŞ Konqresinin hədəfindədir.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və "Tesla" şirkətinin rəhbəri İlon Mask arasında gərginlik davam edir. 

Tramp-Musk döyüşünün pərdəarxasında ABŞ-da elektrikli avtomobil satışına zərbə vuracağı gözlənilən qanun layihəsi dayanır.Nümayəndələr Palatasında qəbul edilən və hazırda Senatda müzakirə olunan yeni qanun layihəsi elektriklə işləyən avtomobil alanlara verilən 7 500 dollara qədər vergi güzəştlərinin aradan qaldırılmasını nəzərdə tutur.

Bu qanun layihəsi qüvvəyə minərsə, akkumulyator və litium emalı zavodlarına verilən subsidiyalar sona çatacaq.Bundan əlavə, elektromobillər üçün enerji doldurma stansiyalarına verilən maliyyə dəstəyi də aradan qaldırılacaq. Aparılan araşdırmalar, qanun layihəsi hazırki formada təsdiqlənərsə, 2030-cu ilə qədər ABŞ-da satılacaq elektrik avtomobillərinin sayının 7,7 milyon azalacağını proqnozlaşdırır.

Təkcə ABŞ-nin elektrikli avtomobil bazarının 44 faizini təşkil edən "Tesla"-nın 5 il ərzində satışlardan 3,4 milyon itirəcəyi gözlənilir. Digər tərəfdən, "Tesla"-nın digər istehsalçılara verdiyi kreditlər də ABŞ Konqresinin hədəfindədir.

Seçilən
319
36
cebheinfo.az

10Mənbələr