Hadisə VAZ-2107 markalı avtomobilin hərəkətdə olan zaman qarşıdan gələn "Mersedes" markalı avtomobillə toqquşması nəticəsində meydana gəlib.
Hadisə zamanı VAZ markalı avtomobildə olan, Lənkəran rayonunun Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü Kəsirə Xudaverdiyeva, 1984-cü il təvəllüdlü Kərim Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların bir ailənin üzvü olduğu deyilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, iyunun 10-u, saat 14:08-də Lənkəran rayonu, Girdəni kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər (3-ü kişi, 3-ü qadın olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Hər birinə zəruri ilkin tibbi xidmət göstərilib, müalicələri həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Yaralılardan 4-ü azyaşlıdır (Oxu.az).
10Mənbələr
-
poliqon.info"BakuBus" minik maşını ilə toqquşdu - Foto ( 19240555)
-
milli.az"BakuBus" minik maşını ilə toqquşdu - FOTO ( 19239673)
-
avtosfer.az“Fiat” kartof yüklü TIR a arxadan çırpıldı 5 ölü, 1 ağır yaralı VİDEO ( 19046164)
-
Ajans.azBakıda sərnişin avtobusu yük avtomobilinə ÇIRPILDI ( 19042714)
-
publika.azBakıda avtobus yük avtomobilinə çırpıldı - VİDEO ( 19042189)
-
teleqraf.comBakıda sərnişin avtobusu yük avtomobilinə çırpıldı - VİDEO ( 19040476)
-
oxu.azBakıda 36 yaşlı qadın xüsusi amansızlıqla öldürüldü, əri saxlanıldı ( 19024495)
-
news24.azAzərbaycanda DƏHŞƏTLİ QƏTL: Saxlanılan var ( 19016473)
-
heftelik.azDaha bir qayInata dəhşəti – 24 yaşlı gəlinini ÖLDÜRDÜ ( 19022080)
-
mia.azGəlin öldürülüb, qayınanası baş və əl nahiyələrindən xəsarət alıb Qayınata isə tutulub ( 19019173)