AZ

"Qarabağ"da 3 ayrılıq elan edildi

Yasin Benzia “Qarabağ”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi məlumat yayıb.

Onunla başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, Benzia Azərbaycan klubuna 2023-cü ilin yanvarında transfer olunmuşdu. O, daha öncə “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib.

***

Bundan başqa Patrik Andrade də komanda ilə yolları ayırıb.

***

Klub Marko Veşoviçin də müqaviləsinin yenilənmədiyini açıqlayıb və futbolçu ilə vidalaşıb.

Seçilən
60
10
sportinfo.az

10Mənbələr