Qax rayonunda üç gün öncə yol qəzasında xəsarət alan sürücü xəstəxanada dünyasını dəyişib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, iyun ayının 8-də Güllük kəndində yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alan 44 yaşlı Eşqin İsmayılov həkimlərin səylərinə baxmayaraq xəstəxanada ölüb. Qeyd edək ki, “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hyundai” daha sonra isə “Honda” markalı avtomobilə çırpılıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta