“Antalyaspor”un baş məşqçisi Emre Belözoğluın “Bayer”in (Leverkuzen)” futbolçusu Qranit Caka ilə görüşündən danışıb.
Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis məşhur oyunçunun ondan “Qalatasaray” barədə soruşduğunu açıqlayıb.
E.Belözoğlu Cakaya “Fənərbaxça”ya get” dediyini bildirib:
“İki həftə əvvəl Caka ilə Antalyada bir yerdə idik. Məndən “Qalatasaray”ı soruşdu. Ona “Fənərbaxça”ya getməsini dedim. Məncə, inandı”.