İran Xarici İşlər Nazirliyi öz Telegram kanalında bildirib ki, Tehran İsrailin İrana hücumunda ABŞ-ı günahlandırıb.
Nazirliyin bəyanatında deyilir: “Sionist rejimin İrana qarşı təcavüzü ABŞ-ın koordinasiyası və icazəsi olmadan həyata keçirilə bilməzdi. Bu baxımdan, ABŞ səlahiyyətliləri… bu (İsrail) avantürasının təhlükəli nəticələrinə görə də məsuliyyət daşıyırlar”.
Bundan əvvəl İran hakimiyyəti bildirib ki, İsrail iyunun 13-nə keçən gecə İranın yüksək rütbəli hərbçiləri və rəsmilərinin yerləşdiyi Tehrandakı evlər də daxil olmaqla yaşayış məntəqələrinə zərbələr endirib. Zərbələr həmçinin ölkənin şimal-qərbində İran qoşunlarının yerləşdiyi Natanz nüvə obyektini də hədəf alıb.