AZ

QHT “Əlilliyi olan uşaqlarla iş” layihəsin uğurla davam etdirir - FOTOLAR

“Çıraq” Uşaq İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  keçirdiyi “Əlilliyi olan uşaqlarla iş” layihəsin uğurla davam etdirir.

QHT.az xəbər verir ki, layihəyə Sumqayıt şəhərində I və II Qarabağ müharibəsi zamanı Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, müharibə əlillərinin və iştirakçılarının ailə üzvlərindən olan müxtəlif xəstəliklərdən olan əlilliyi olan uşaqlar cəlb olunub.Uşaqlara layihəyə cəlb olunmuş mütəxəssislər tərəfindən  fərdi və qrup şəklində təlimlər keçilir.Təlimlərin məqsədi uşaqlara yeni biliklər öyrətmək və cəmiyyətdə özlərini düzgün şəkildə aparmalarına dəstək verməkdi.Layihəyə cəlb olunmuş psixoloq tərəfindən onların psixoloji durumu fərdi şəkildə yoxlanılır və rəy verilir. Uşaqların davranış problemlərinin aradan qaldırılması üzrə onlarla fərdi şəkildə təlimlər keçilir.Layihənin eksperti tərəfindən uşaqların bacarıqlarının qiymətləndirilməsi aparılır və valideynlərə tövsiyələr verilir.Məqsəd valideynlərə uşaqları ilə birgə ünsiyyət qurmalarına və  övladlarının bilik və bacarıqları üzərində işləmələrinə dəstək verməkdi.Layihəyə cəlb olunmuş təlimçi uşaqlara müxtəlif mövzularda təlimlər keçir,onlarla maraqlı söhbətlər aparır.Təlimlər zamanı uşaqlar özlərini çox rahat hiss edir və rahat şəkildə bir -biri ilə ünsiyyət qururlar.Bu onların cəmiyyətdə davranış qaydalarına düzgün şəkildə əməl etmələrinə təkan verir.Layihənin icrası valideynlərə çox böyük dəstək olduğuna görə onlar ölkə başçisina belə layihələrin təşkili üçün öz minətdarlığını bildirirlər.

Təlimlər vasitəsilə müxtəlif xəstəliklərdən əziyyət çəkən 10 əlilliyi olan uşağın bacarıqlarının inkişafı, maraq dairəsinin genişləndirilməsi və onların sosiallaşmasının təmin olunması nəzərdə tutulur. Şəhid, əlil və müharibə iştirakçısı statusuna malik ailələrdə yaşayan bu kateqoriyadan olan uşaqların sosial reabilitasiyaya cəlb olunması və maraqlarının aşkarlanması onların potensiallarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

Əlilliyi olan uşaqların əqli, fiziki, sosial, nitq, psixoloji və art-terapiya sahələrində inkişafına yönəlmiş tədbirlər onların gələcək həyatlarının sağlam və möhkəm təməl üzərində qurulmasına xidmət edir. Uşaqlarla yanaşı, onlara qulluq edən qəyyum və ailə üzvlərinə də dəstək göstərilməsi bu layihənin mühüm tərkib hissəsidir.

Əlilliyi olan uşaqlar cəmiyyətin sosial baxımdan ən həssas təbəqəsinə aiddirlər. Bu səbəbdən həm onların fərdi ehtiyaclarına, həm də onları əhatə edən sosial problemlərə həssaslıqla və xüsusi diqqətlə yanaşmaq vacibdir.

Seçilən
23
4
qht.az

5Mənbələr